fbpx

Kassa metodunda alınan mal necə silinməlidir?

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən … Read More

Fiziki şəxslərin torpaq vergisinin hesablanması

Mövzunu hüquqşünas Səməd Vəkilov şərh edir. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər torpaq vergisinin … Read More

0
Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində vergi necə hesablanır?

Sualla bağlı iqtisadçı ekspert Anar Bayramov şərh bildirir. Vergi Məcəlləsinin 150.1.9-cü madddəsinə əsasən, notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Notariusların vergi tutduğu müqavilələrə aşağıdakılar aid edilmir: fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış … Read More

0
Şəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu?

Vergi Məcəlləsində şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldıldığı qeyd edilib. Övladları dedikdə yaş həddi nəzərdə tutulurmu? Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi … Read More

0
Gələn ay ardıcıl 7 gün qeyri-iş günü olacaq

Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 … Read More

0
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqısının hesablanması

Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov mövzu ilə bağlı sual doğuran məsələlərə dair şərh bildirir. Əmək Məcəlləsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqularını müdafiə … Read More

0
İkinci Dünya müharibəsi veteranlarının varislərinə vergi güzəşti hansı şərtlərlə tətbiq edilir?

Atam 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədə fəaliyyət göstərmiş, orden və medallarla təltif olunmuşdur. Müharibə veteranlarının övladları üçün qanunda nəzərdə tutulan vergi güzəşti mənə şamil oluna bilərmi? Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, … Read More

0
Banklar tərəfindən vətəndaşlara ödənilən faizlər üzrə ödəmə mənbəyində vergi necə hesablanır?

Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. Yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2016-cı … Read More

0
1 2 3 4
error: Content is protected !!