Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı riskləri sadalayıb.
Məlumata əsasən, qeyri-formal məşğulluq yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də ciddi hüquqi, iqtisadi və institusional nəticələrə səbəb olur.
Bu hallar hüquqi məsuliyyətin artmasına, istehsal və əmək məhsuldarlığının azalmasına, habelə müəssisənin ümumi fəaliyyətinə mənfi təsir göstərən digər amillərin formalaşmasına gətirib çıxarır. Nəticə etibarilə, qeyri-formal məşğulluq işəgötürənlərin iqtisadi maraqlarına əhəmiyyətli zərər vurur.
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sosial məsuliyyətlərini dərk etməyə və qeyri-formal məşğulluqla mübarizədə fəal iştirak etməyə çağırır.
Mənbə: vergiler.az










