Yaşayış və qeyri-yaşayış sahəsini satan fiziki şəxslərin vergi öhdəlikləri

ezamiyyə xərclərinin hesablanması, vergilər, ƏDV,əmək məzuniyyətinin verilməsi,Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini satan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Onların vergi öhdəlikləri barədə qaydaları iqtisadçı ekspert Radil Fətullayev izah edir:

Yaşayış sahəsi üzrə

Fiziki şəxs mulkiyyətində olan və 3 ildən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini (mənzili) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə muəyyən edilmiş zonalar uzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində gostərilən əmsallar tətbiq etməklə hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı:

Banner
ZONALAR

ZONA

ƏMSALI

BAZA MƏBLƏĞİ VERGİ MƏBLƏĞİ

BAKI

ZONA 1

4,0

15 manat

60 manat

ZONA 2

3,0

45 manat

ZONA 3,4

2,2

33 manat

ZONA 5,6

1,8

27 manat

ZONA 7,8,9

1,5

22,5 manat

ZONA 10,11,12

1,2

18 manat

DİGƏR REGİONLAR

Gəncə, Sumqayıt və Xırdalan

1,5

15 manat

22,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

18 manat

digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

7,5 manat

 

Misal 1: Bakı sakinin “Azadlıq” metro stansiyasının (zona 7) yaxınlığında yerləşən mənzildə yaşayış yeri üzrə 3 il qeydiyyat müddəti tamamlanmamışdır. Sahəsi 120 m2 olan həmin mənzil satılarkən sadələşdirilmiş vergi məbləği belə hesablanır:

 

(120 m2 -30 m2)

x

15 manat

x

1,5

=

2025 manat

Mənzilin sahəsi

Baza məbləği

Zona əmsalı

 

Beləliklə, fiziki şəxs satdığı mənzilə görə 2025 manat sadələşdirilmiş vergi ödəməlidir.

Qeyri-yaşayış sahəsi üzrə

Fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur. Qeyd edək ki, burada yaşayış sahəsində olduğu kimi 30 kv.m. güzəşti tətbiq olunmur. Həmçinin fiziki şəxsin həmin obyektdə qeydiyyat müddətinin də heç bir fərqi yoxdur. Yəni, fiziki şəxs qeyri-yaşayış sahəsinə sahib olma və qeydiyyat müddəti 3 ildən çox müddətdə olsa belə, yenə də sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir.

Misal 2: Bakı sakininin “İnşaatçılar” metro stansiyasının (zona 5) yaxınlığında qeyri-yaşayış sahəsi (tutaq ki, mağazası) vardır. Sahəsi 250 m2 olan həmin mağaza satılan zaman sadələşdirilmiş vergi məbləği belə hesablanır:

 

250 kv.m

x

15 manat

X

1,8

x

1,5

=

10.125 manat

Mənzilin sahəsi

Baza məbləği

Zona əmsalı

Qeyri-yaşayış əmsalı

 

Beləliklə, fiziki şəxs satdığı mağazaya görə 10.125 manat sadələşdirilmiş vergi ödəməlidir.

Misal 3: Fiziki şəxs Bakı şəhəri üzrə 5-ci zonada (1,8 əmsal) yerləşən və sahəsi 120 m2 olan mənzilini, həmçinin 3-cü zonada (2,2 əmsal) yerləşən sahəsi 200 m2 olan mağazasını satmışdır. Bu halda alğı-satqı əməliyyatını rəsmiləşdirən notarius tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzil satışı üzrə: (120 m2 -30 m2) x 15 manat x 1,8 (zona əmsalı) = 2.430 manat

Mağaza satışı üzrə: 200 m2 x 15 manat x 2,2 (zona əmsalı) x 1,5 əmsal = 9.900 manat

Cəmi ödənilməli vergi: 2.430 + 9.900 = 12.330 manat.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun