Müəssisə aztəminatlı ailənin üzvü olan şəxsə xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?
Xaricdə müalicə haqlarını qarşılamaq üçün təqvim ili ərzində iki dəfə, ümumilikdə 38.000 manat məbləğində maddi yardım göstərib. Vəsaitin təyinatı üzrə istifadə olunduğunu təsdiq edən sənəd müəssisəyə təqdim olunub. Həmin vəsait fiziki şəxsin vergi tutulan gəlirinə aid edilərək vergiyə cəlb olunurmu?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, təqvim ili ərzində ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunsun.
Əsas: Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsi.
Mənbə: vergiler.az
Fərdi sahibkarın əmlak vergisi üzrə cari ödəmələri