Vergitutma obyekti ticarət əlavəsi olan halda ƏDV əvəzləşir?

Vergitutma obyekti ticarət əlavəsi olan halda ƏDV əvəzləşir?

vergitutmaSual: ƏDV məqsədləri üçün Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı mallarının pərakəndə satışı ilə məşğul olan şəxslər üçün vergitutma obyekti ticarət əlavəsidir. Həmin şəxslər tərəfindən alınan kənd təsərrüfatı və digər mallara görə 175-ci maddəyə uyğun olaraq ödənilmiş ƏDV əvəzləşdirilə bilər?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı mallarının yalnız pərakəndə satışı zamanı Əlavə Dəyər Vergisi ticarət əlavəsinə tətbiq olunur və həmin mallar topdansatış qaydasında təqdim olunduğu zaman ƏDV ümumi qaydada tətbiq olunur. Həmin malları topdansatış qaydasında alarkən Əlavə Dəyər Vergisi ödəyən şəxs, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl etdiyi halda, ödədiyi Əlavə Dəyər Vergisini əvəzləşdirmək hüququna malikdir.
Əsas: Vergi Məcəlləsinin 159.1-ci  175-ci maddələri.
Mənbə: taxes.gov.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *