Gələn ildən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilir. Artıq yeni layihə parlamentdə III oxunuşda qəbul edilib. Vergi mütəxəssisi Dilqəm Göyüşovun fikrincə, Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri əsasən aşağıdakı kriteriyalar üzrə bölmək olar:
- Vergitutma bazasının genişləndirilməsi;
- Sosial xarakterli güzəştlər;
- Vergidən yayınma hallarının qarşısının alınması;
-
Vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi;
- Vergi borclarının alınması prosedurlarının təkmilləşdirilməsi;
- Vergitutma mexanizmlərinin təkmilləşdirilməsi;
- Uçot siyasətinin təkmilləşdirilməsi;
- Redaktə və digər maddələrlə uyğunlaşma.
Gözlənilən dəyişikliklərdən biri əmlak vergisi ilə bağlıdır. Belə ki, növbəti ildən hava və su nəqliyyatı vasitələri istisna olmaqla fərdi sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi (bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə) də nəzərdə tutulur.
Belə ki, hazırkı qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər tərəfindən hava və su nəqliyyatı vasitələri istisna olmaqla digər əsas vəsaitlər hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi nəzərdə tutulmayıb.
Beləliklə, binalar, tikililər və onların hissələri (sahibkarlıq fəaliyyətində istifadə olunub-olunmamasından asılı olmayaraq) üzrə əmlak vergiləri, eləcə də istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri üzrə əmlak vergiləri bələdiyyələrin büdcəsinə ödəniləcək.
Sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin isə dövlət büdcəsinə yönəldilməsi gözlənilir.
Mənbə: vergiler.az
Bax: