Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. BSC şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Elxan Babayev mövzu ilə bağlı açıqlama verib.
Cari ildən Vergi Məcəlləsində maliyyə sanksiyaları ilə bağlı müddəalarda əlavə və dəyişiklik edilmişdir. 2022-ci ildən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əlavə edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 16.1.6-cı maddəsində (vergi orqanına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcıda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron daşıyıcıda olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək) nəzərdə tutulan halda, vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə görə, eləcə də 16.1.4-2-ci maddəsində (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən tibbi sığorta məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. Təqdim edilən məlumatda hər hansı dəyişiklik olarsa, həmin məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək) göstərilən məlumat formasının müəyyən edilmiş vaxtda təqdim edlməməsinə və ya təhrif olunmuş formada təqdim edilməsinə görə 1.000 manat məbləğində maliyyə sanskiyası tətbiq edilir.
Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi
Misal 1: 2022-ci ildə Dövlət Vergi Xidməti tərəfindən orta sahibkarlıq subyektinə maliyyə hesabatının təqdim olunması ilə bağlı AVİS-dən kənar məktub daxil olmuş, lakin maliyyə hesabatı həmin vaxtda təqdim edilməmişdir. Bu zaman 1.000 manat maliyyə sanksiyası tətbiq ediləcək.
Misal 2: Çörək zavodu (kiçik sahibkarlıq subyekti) məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumatı elektron formada vergi orqanına təqdim etməmişdir. Bu hala görə maliyyə sanksiyası tətbiq edilməyəcək.
Misal 3: Kameral vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisindən mənfəət bəyannaməsi üzrə digər xərclərə aid məbləğə dair sənəd tələb etmiş, lakin həmin sənəd vergi orqanına tələb olunan vaxtda təqdim edilməmişdir. Bu zaman da maliyyə sanksiyası tətbiq edilməyəcək.
Mənbə: vergiler.az
Lizinq müqaviləsi barədə araşdırma