“Vergi qanunvericiliyi və Test Toplusu 2021”

Mks.az-dan daha bir faydalı nəşr: “Vergi qanunvericiliyi və Test Toplusu 2021”

Mks.az saytı vergi qanunvericiliyini (Vergi Məcəlləsi və əlaqəli normativ hüquqi aktları) əhatə edən yeni test toplusu hazırlayıb.  Kitabda 500 qapalı test sualı yer alıb. Saytın ekspert qrupu tərəfindən hazırlanan test tapşırıqları indiyədək heç bir yerdə dərc olunmayıb və istifadə edilməyib. Test tapşırıqlarının hazırlanması zamanı onların nəzəri baxımdan vergi qanunverciliyinin mənimsənilməsində açar (həlledici) məsələlər olması, praktiki nöqteyi-nəzərdən faydalılığı, riyazı hesablama vərdişlərini aşılaması, vergi yaddaşının möhkəmlənməsinə və məntiqi təfəkkürün inkişafına xidmət etməsi kimi prinsiplər əsas götürülüb. Test tapşırıqlarının əksəriyyəti konkret təsərrüfat əməliyyatlarına əsaslanan vergi öhdəliklərinin  müəyyənləşdirilməsi üzərində qurulduğundan hesablama tələb edir. Cavabların oxucular üçün əsaslandırılmış və aydın olması məqsədilə hesablamalar ayrıca cədvəldə təqdim olunub.

Qeyd edək ki, test sualları Vergi Məcəlləsi və əlaqəli qanunvericiliyin əhatə etdiyi aktual mövzulara uyğun olaraq təsnifləşdirilərək bölmələrə ayrılıb. Hər bölmədə toplanan test suallarının düzgün cavabları bölmənin sonunda yerləşdirilib. Bütün sualların düzgün cavablarının əsaslandığı qanunvericilik aktlarının adları, müvafiq maddələri və tələb olunan riyazı hesablamalar isə kitabın testlər hissəsi yekunlaşdıqdan sonra vahid cədvəldə təqdim olunub.

Testlərdə qoyulan məsələlərin doğru həllərinin üzləşdirmə yolu ilə yaddaşda möhkəmləndirilməsi məqsədilə kitabın ikinci hissəsində 1 may 2021-ci il tarixinə Vergi Məcəlləsi və əlaqəli vergi və sosial qanunvericilik aktları yerləşdirilib. Üstəlik, Vergi Məcəlləsinin mətnində bütün “müvafiq icra hakimiyyəti” ifadələrinin açılışı (tanımı) verilib.

Banner

“Vergi qanunvericiliyi. Test toplusu: 2021” kitabı təkcə vergi qanunvericiliyini öyrənənlər, vergi imtahanlarına hazırlaşanlar, bakalavrlar, magistrlər və doktorantlar üçün deyil, eyni zamanda, mühasiblər, vergi sahəsində çalışanlar və təlimçilər üçün faydalı vəsaitdir.


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun