Vergi bəyannamələrinin düzgün tərtib olunmamasının yaratdığı problemlər

işəgötürənin öhdəlikləri 2022, əməkhaqqının hesablanması, Kənd təsərrüfatı məhsulları vergiVergi bəyannamələri yanlış göndərildikdə, yaxud göndərilmədikdə bəzən mühasiblər, eləcə də müəssisə üçün çətin və çıxılmaz hallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Murad Almasov şərh edib.

Mühasiblər bəyannamələri qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində vergi orqanına təqdim etməli, göndərilmiş vergi bəyannamələri üzrə gələn uyğunsuzluq məktublarına isə aydın və izahlı cavablar verməlidirlər.

Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, vergi ödəyicisinin göndərdiyi bəyannamələr üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilir. Yaranmış uyğunsuzluqlarla bağlı vergi orqanının vergi ödəyicisindən əlavə sənəd, məlumat və izahat istəmək hüququ vardır. Lakin bəzi hallarda vergi orqanından gələn məktublar cavablandırılmır. Bu isə nəticədə baş verə biləcək kameral hesablamalardan sonra müəssisə üçün ciddi problem yaranmasına səbəb olur.

Misal: “AA” MMC-nin 2020-ci il üzrə 2.500.000 manat gəliri, 1.500.000 manat xərci, 200.000 manat ((2.500.000-1.500.000)*20%) mənfəət vergisi öhdəliyi olub. Müəssisənin mühasibi cari mənfəət vergisi bəyannaməsini vergi orqanına 29 mart 2021-ci ildə təqdim edib və hesablanan vergi məbləğini də həmin gün büdcəyə ödəyib:

Banner
Yazılış tarixi Əməliyyat adı Əməliyyat növü Ödəmə tarixi Miqdar (Manat)

 

Qalıq
29.03.2021 MV2020 – CARİ (B) Hesablama 31.03.2021 200.00,00 200.00,00
31.03.2021 Ödəmə tapşırığı – xxxxxxxxxxxxxxxx – MV Ödəniş 31.03.2021 200.00,00

Kameral vergi yoxlaması nəticəsində bəyannamə üzrə vergi ödəyicisinin sənədlərlə təsdiq edilməyən 100.000 manat dəyərində xərci müəyyən edilib. Gələn uyğunsuzluq məktubuna cavab verilməyib və uyğunsuzluqlar aradan qaldırılmayıb. Nəticədə vergi orqanının qərarı ilə 05 may 2021-ci ildə 20.000 manat (100.000*20%) əlavə vergi hesablanıb.

Yazılış tarixi Əməliyyat adı Əməliyyat növü Ödəmə tarixi Miqdar (Manat) Qalıq
29.03.2021 MV 2020 – CARİ (B) Hesablama 31.03.2021 200.000,00 200.000,00
31.03.2021 Ödəmə tapşırığı – xxxxxxxxxxxxxxxx – MV Ödəniş 31.03.2021 200.000,00
05.05.2021 MV 2020 – CARİ (KYB) Hesablama 31.03.2021 20.000,00 20.000,00

Lakin daha sonra mühasib uyğunsuzluqda qeyd edilən və vergi orqanı tərəfindən müəyyən olunan 100.000 manat gəlirdən çıxılmayan xərcin yalnız 20.000 manatı ilə razılaşıb və gəlirdən çıxılan xərclərini 20.000 manat azaldaraq 15 may 2021-ci ildə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini göndərib. O da bir çox mühasiblər kimi dəqiqləşdirilmiş bəyannamədən sonra vergi orqanı tərəfindən hesablanan 20.000 manat əalvə vergi məbləğinin ləğv ediləcəyini düşünür. Lakin bu halda göndərilən dəqiqləşdirilmiş və cari vergi bəyannamələri üzrə olan vergi məbləğləri arasındakı fərq vergiyə dair şəxsi vərəqəyə əlavə hesablama olaraq düşür.

Cari bəyannamə üzrə:

(2.500.000-1.500.000)*20% = 200.000 manat

Dəqiqləşdirilmiş bəyannamə üzrə:

(2.500.000-1.480.000)*20% = 204.000 manat

Şəxsi vərəqə üzrə əlavə hesablanacaq vergi məbləği:

204.000-200.000 = 4.000 manat.

Yazılış tarixi Əməliyyat tarixi Əməliyyat növü Ödəmə tarixi Mİqdar (Manat) Qalıq
29.03.2021 MV 2020 – CARİ (B) Hesablama 31.03.2021 200.000,00 200.000,00
31.03.2021 Ödəmə tapşırığı – xxxxxxxxxxxxxxxx – MV Ödəniş 31.03.2021 200.000,00
05.05.2021 MV 2020 – CARİ (KYB) Hesablama 31.03.2021 20.000,00 20.000,00
15.05.2021 MV 2020 – DƏQİQLƏŞMİŞ (B) Hesablama 31.03.2021 4.000,00 24.000,00

Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiq olunarsa, hesablanan 20.000 manat vergi məbləği təsdiqlənmə tarixində geri qaytarılır.

Yazılış tarixi Əməliyyat adı Əməliyyat növü Ödəmə tarixi Miqdar (Manat) Qalıq
29.03.2021 MV 2020 – CARİ (B) Hesablama 31.03.2021 200.000,00 200.000,00
31.03.2021 Ödəmə tapşırığı – xxxxxxxxxxxxxxxx – MV Ödəniş 31.03.2021 200.000,00
05.05.2021 MV 2020 – CARİ (KYB) Hesablama 31.03.2021 20.000,00 20.000,00
15.05.2021 MV 2020 – DƏQİQLƏŞMİŞ (B) Hesablama 31.03.2021 4.000,00 24.000,00
20.06.2021 MV 2020 – CARİ (KYBL) 05.05.2021 Azalma 31.03.2021 20.000,00 4.000,00

Mühasiblər tərəfindən edilən yanlış əməliyyatlardan biri də ilk dəqiqləşdirilmiş bəyannamə göndərdikdən sonra təkrar cari bəyannamə məlumatları əsasında ikinci dəqiqləşdirilmiş bəyannamə göndərilməsidir. Buna səbəb ilk dəqiqləşdirilmiş bəyannamə göndərdikdən sonra vergi orqanının qərarı əsasında hesablanan vergi məbləğinin (20.000 manat) azalmaya getməməsidir. Təkrar cari bəyannamə məlumatları əsasında ikinci dəqiqləşdirilmiş bəyannamə göndərdikdə əlavə hesablanan vergi məbləği (4.000 manat) şəxsi vərəqədə azalma kimi qeyd edilsə də, daha sonra həmin məbləğ şəxsi vərəqədə təsdiqlənməmiş azalma kimi əks olunur. Bu isə o deməkdir ki, müəssisənin cari dövrə vergi borcu olduğundan vergi orqanı tərəfindən bu əməliyyat borc məbləğinin vergi ödəyicisi tərəfindən bilərəkdən azaldılması kimi qəbul edilir və təsdiqlənməmiş azalma olaraq nəzərə alınır.

Yazılış tarixi Əməliyyat tarixi Əməliyyat növü Ödəmə tarixi Miqdar (Manat) Qalıq
29.03.2021 MV 2020 – CARİ (B) Hesablama 31.03.2021 200.000,00 200.000,00
31.03.2021 Ödəmə tapşırığı – xxxxxxxxxxxxxxxx – MV Ödəniş 31.03.2021 200.000,00
05.05.2021 MV2020 – CARİ (KYB) Hesablama 31.03.2021 20.000,00 20.000,00
15.05.2021 MV 2020 – DƏQİQLƏŞMİŞ (B) Hesablama 31.03.2021 4.000,00 24.000,00
15.05.2021 MV 2020 – DƏQİQLƏŞMİŞ (B) Azalma 31.03.2021 4.000,00 20.000,00
Təsdiqlənməmiş azalmalar 4.000,00
Əhatə etdiyi dövrün son tarixinə saldo 20.000,00
Çap tarixinə saldo 20.000,00

Mənbə: vergiler.az


Məzuniyyətdə olan işçinin təminatları: 3 fərqli misal