Vəkil firmasında əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

birbank biznes

Sosial-məişət müavinəti,Vergi orqanında uçotda olmayan vəkillər tərəfindən yaradılmış vəkil firmasında göstərilən fəaliyyətlə bağlı əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu ödəmə mənbəyində vergini tutmağa borcludur.

Buna əsasən, vəkil qurumunun tabeçiliyində çalışan vəkil tərəfindən göstərilən fəaliyyətlə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı və dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 150.1.17-ci maddəsi

Mənbə: vergiler.az


Xarab olan mallar geri qaytarılarkən ödənilmiş aksizlər azaldılırmı?