Mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə məlumatların qeyd edilməsi

Dövlət Vergi Xidmətindən bildirilir ki, mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə fəaliyyət növünün kodu sətrində MDSS üzrə 0300, İTS üzrə 2202, Vergi üzrə 6910011 kodu seçilməlidir. Növbəti bölmədə “Məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlər” sətrində gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan məbləğ yazılır və sistem avtomatik olaraq həmin məbləğə 10% sığorta haqqı hesablayır. “İTS haqqına cəlb edilən gəlirlər” sətrində fəaliyyət göstərilən aylar üçün “250” yazılır və sistem avtomatik olaraq həmin məbləğə 4% icbari tibbi sığorta haqqı hesablayır, fəaliyyət göstərilməyən aylar üçün isə “0” yazılmalıdır.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirinin 30 dekabr 2019-cu il tarixli 1917040101742500 №-li Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib edilməsi qaydası, Sosial sığorta haqqına qanunun 14.5.5-ci maddəsi, Tibbi sığorta haqqında qanunun 15-2.2.2-ci və 15-10.1.3-cü maddələri.

Mənbə: vergiler.az


Banner