Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər necə hesablanır?

birbank biznes

Təsisçi və direktor eyni şəxs olduqda təsisçi ona məxsus yük nəqliyyat vasitəsinin istifadəsini direktoru olduğu müəssisəyə hansı formada təqdim edə bilər? Bu zaman hansı vergi öhdəliyi yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Eyni zamanda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Yuxarıda qeyd olunan icarə xərcləri gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 108-ci, 124-cü və 150-ci maddələri.

Mənbə: vergiler.az


İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?