Təmir xərcləri hansı qaydalarla tənzimlənir?

birbank biznes

Təmir xərcləri, Vergi Məcəlləsində dəyişiklik, Vergi elementləri, Nağdsız hesablaşmalar, Zərərin növbəti illərə keçirilməsi, səyyar vergi yoxlaması, Ezamiyyə xərci, vergi məcəlləsi, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Bəyannamə və Vergitutma, Mənfəət vergisi üzrə güzəşt, vergi məcəlləsi, Nizamnamə kapitalı,Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Təmir” sözünün anlayışı necə izah edilir? Belə ki, orta təmir, cari təmir, əsaslı təmir sözlərinin fərqi nədir? Bu sözlərdən hansı Vergi Məcəlləsində “Təmir” sözü altında nəzərdə tutulur?

Uzunmüddətli icarəyə götürülmüş avtomaşınların şinlərinin və sürtkü yağlarının (texniki normalar daxilində) dəyişdirilməsi istehsalat xərclərinə aiddir yoxsa təmir xərclərinə?

Cavab: Bildiririk ki,  təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”I ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Vergi Məcəlləsində vergitutma məqsədləri üçün təmir məsrəflərinin əsaslı, cari və ya orta təmir olmasında asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilmiş məsrəflər təmir xərclərinə aid edilir.

Buna əsasən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Bunlarla yanaşı, vergi ödəyicisi tərəfindən balansa götürülmüş nəqliyyat vasitələrinə görə çəkilmiş təmir xərcləri gəlirdən çıxılır. Eyni zamanda nəqliyyat vasitələri icarəçi tərəfindən balansa götürülmədikdə nəqliyyat vasitələrinə görə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az


Bax: Xidmətlərin göstərilməsi zamanı malların təqdim edilməsi


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun