Məlum olduğu kimi son 5 il üzrə sosial və vergi islahatlarının çoxşaxəliliyi, həmçinin işçi hüquqlarının təmininə istiqamətlənmiş sığorta mexanizmlərinin tətbiqi və bir sıra mühüm qanunvericilik dəyişikliklərinin nəticəsində illər üzrə əməkhaqqıdan tutulmaların həcmi də dəyişdi. Buna müvafiq olaraq qanunvericilik və sosial islahatlara uyğunluğu nəzərə almaqla, ölkəmizdə son 5 il üçün əməkhaqqıdan tutulmalara dair araşdırmanı təqdim edirik.
2019-2023-cü illər ərzində əməkhaqqıdan tutulan məbləğlərin bölgüsü və həcmi aşağıdakı kimidir:
a) dövlət sektoru 200 AZN-dək tutulmur, 200-2500 AZN arası 14%, 2500+ hissədə 350 AZN və artıq hissənin 25%-i,
b) özəl sektorda 8000 manatadək tutulmur, 8000+ hissədə 14%
məcburi dövlət sosial sığorta haqqı
a) dövlət sektoru 3%,
b) özəl sektor 200 AZN-dək 3%, qalan hissədə 10%
- işsizlikdən sığorta haqqı – 0.5%
- icbari tibbi sığorta haqqı – 2%, 8000 AZN-dən yuxarı 0.5%
İllər üzrə bu tutulmalara dair başlıca dəyişikliklər isə belədir:
2023-cü il
minimum əməkhaqqı 345 AZN
Tutulmaların siyahısı eynidir.
500 AZN əməkhaqqı alan işçidən
- dövlət sektorunda – 69.5 AZN
- özəl sektorda – 48.5 AZN tutulur.
2022-ci il
minimum əməkhaqqı 300 AZN
Tutulmaların siyahısı eynidir.
500 AZN əməkhaqqı alan işçidən
- dövlət sektorunda – 69.5 AZN
- özəl sektorda – 48.5 AZN tutulub.
2021-ci il
minimum əməkhaqqı 250 AZN
Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqında özəl sektorda güzəşt tətbiq edilir. 8000 AZN-dək 1%, 8000 AZN-dən yuxarı 0.5% tətbiq edilib.
500 AZN əməkhaqqı alan işçidən
- dövlət sektorunda – 69.5 AZN
- özəl sektorda – 43.5 AZN tutulub.
2020-ci il
minimum əməkhaqqı 250 AZN
Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqı aprel ayınadək tətbiq olmadı. Aprel ayından isə 2021-ci ildəki ilə etni tutulmalar tətbiq edildi.
500 AZN əməkhaqqı alan işçidən
- dövlət sektorunda – aprel ayınadək 59,5, daha sonra 69.5 AZN
- özəl sektorda – aprel ayınadək 38.5, daha sonra 43.5 AZN tutulub.
2019-cu il
minimum əməkhaqqı 01.03.19-dan 180 manat, 01.09.19-dan etibarən isə 250 AZN
Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqı tətbiq edilməyib.
500 AZN əməkhaqqı alan işçidən
- dövlət sektorunda – 59,5 AZN
- özəl sektorda – 38.5 AZN tutulub.
Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov