Sığorta haqqının hissəli ödənişi

Cəmiyyətin qarşılaşdığı risklərin təminat üsullarından biri kimi əsas aparıcı rol oynayan sığorta münasibətləri öz spesifikliyi ilə daim seçilmişdir. Sığorta münasibətlərində hər bir halın əhatəli öyrənilməsi risklərin təminata alınması üçün başlıca vasitə hesab edilir. Bu yazıda sığorta münasibətlərinin başlanmasına təkan verən sığorta haqqının hissəvi ödənişi barədə məlumat verəcəyik.

Məlum olduğu kimi mövcud qanunvericilik normaları (“Nağdsız hesablaşmalar haqqında” Qanun, sahəvi sığorta qanunvericiliyi və digər) sığorta haqqının mütləq şəkildə nağdsız formada ödənilməsini tələb edir. Qeyd edək ki, sığorta haqqı sığorta müqaviləsi bağlanan zaman istehlakçının sığorta şirkətinə (sığortaçı) verdiyi ödənişdir. Bununla yanaşı qeyd edək ki, ödənişlərin mütləq HÖP (hökumət ödəniş portalı) üzərindən edilməsini tələb edən xüsusi sığorta növləri də (icbari avto mülki məsuliyyət sığortası) mövcuddur.

Bu kimi halları nəzərə almaqla yanaşı istehlakçılar sığorta haqqının hissəvi olub-olmamasına da diqqət yetirməlidir. Belə ki, sığorta haqqının hissəvi olması bəzi sığorta növlərində mümkün olmasa da, əsasən könüllü növlərdə mümkündür. Onu da qeyd edək ki, sığorta haqqının hissəli olması zamanı sığorta haqqının ilk hissəsinin ödənişindən sonra sığorta müqaviləsinin qüvvəyə mindiyini və sığorta təminatının başlandığını nəzərə almaq lazımdır (Mülki Məcəllə maddə 903).


Müəssisənin nəqliyyat vasitələrinin satışından əldə etdiyi vəsaitin vergiyə cəlb edilməsi

Əksər icbari sığorta növləri üzrə sığorta haqqının yalnız birdəfəlik olması müəyyən edilmişdir. Hətta onu da qeyd edək ki, icbari avtomobil sahiblərinin mülki məsuliyyət sığortası növü üzrə sığorta haqqı ödənildiyi vaxtdan sığorta müqaviləsi qüvvəyə minir.

Banner

Sığorta haqqının hissəli nəzərdə tutulması zaman sığorta müqaviləsində sığorta təminatına diqqət yetirmək lazımdır. Belə ki, sığorta müqaviləsində hissəli sığorta haqqı nəzərdə tutulduqda, həmin müqavilə üzrə növbəti sığorta haqqının ödənilməli hissəsi ödənilmədikdə müqaviləyə xitam verilir, sığorta haqqından sığorta şirkəti işin aparılması xərclərini, müqavilənin qüvvədə olduğu müddət üçün təminat xərclərini tutur və hansısa məbləğ qalarsa, həmin məbləği nağdsız qaydada istehlakçının hesabına köçürür.

Həmçinin qeyd edək ki, sığorta haqqının hissəli ödənişi zamanı növbəti hissə ödənilmədikdə baş verən hadisələr zamanı müəyyən müddət üçün sığorta şirkətinin öhdəliyi qalır. Belə ki, əgər sığorta haqqının növbəti hissəsi 01 martda ödənilməli olduğu halda ödənilməmiş və 14 martda şəxsin hadisəsi baş veribsə, sığorta şirkəti yenə də hadisə üzrə ödəniş vermək öhdəliyi daşıyır. Digər halda isə hadisə 16 martda baş verib və sığorta şirkəti istehlakçıya sığorta haqqının 01 martdan artıq müddətə ödənilməsini razılaşdırmayıbsa, 15 günlük təminat müddətini itirdiyi üçün sığorta şirkəti sığorta hadisəsi üzrə heç bir zərəri ödəmək öhdəliyi daşımayacaq.

Bu kimi halları nəzərə alaraq sığorta müqaviləsində sığorta haqqının hissəli ödənişi məsələsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğundur.


Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması