Xaricdən alınan proqram təminatı və lisenziyanın satışı ilə bağlı vergi öhdəliyi

Əmək hüququnun pozuntuları, mə­zu­niy­yət haq­qı,Vergi ödəyicisi kimi Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərdən biri yerli şirkətlərə satmaq məqsədilə proqram təminatını, proqram təminatının texniki dəstəyi üçün lisenziyaları xaricdən alır. Proqram təminatının satışı, proqram təminatına dəstək lisenziyaları və proqram təminatının yenilənməsi – xidmətin, yoxsa malın satışıdır? Proqram təminatı xaricdən alınarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hansı maddələrinə əsasən hansı vergilər hansı müddətdə hesablanmalı və büdcəyə köçürülməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-maddi aktivlər, o cümlədən proqram təminatı üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.


Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti


Qeyd olunan halda, qeyri-rezidentə ödənilmiş məbləğdən 10% dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və 18% dərəcə ilə ƏDV hesablanaraq büdcəyə ödənilməlidir. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Banner

Vergilər Nazirliyinin 12 iyun 2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: vergiler.az


Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma