Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

vergi borcu, Vergi Məcəlləsi, vergi mükəlləfiyyəti, ƏDV məqsədləri, riskli vergi ödəyicisi, Əmtəəsiz əməliyyat, Debitor borclar, Fiziki şəxs, Vergi Məcəlləsi, maliyyə sanksiyası, gəlir vergisi, təsis payı, kassa, vergi, Kənd təsərrüfatı,

Sual: Sualım müəssisələrin və fərdi sahibkar fiziki şəxslərin pandemiya ilə bağlı aldığı maliyyə dəstəyi ilə bağlıdır. Müəssisələr və fərdi sahibkar fiziki şəxslər dövlət dəstəyi proqramı çərçivəsində aldığı yardımdan pul vəsaitlərini vergiyə cəlb etməlidirlərmi?

Bu sualla bağlı 102 və 106-cı maddələrdə heç bir məlumat tapa bilmədim (102.1.28. istisna).

Cavab: Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əmək haqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır.

Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Banner

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun