Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə mülkiyyətində olan istismar müddətini tam başa vurmuş, tam aşınmış nəqliyyat vasitələrini yenidən qiymətləndirərək satarkən müəyyən suallar yaranır:
1. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətinə uyğun satışını həyata keçirir. Satışdan daxil olan vəsait tam həcmdə müəssisənin sərəncamında qala bilərmi?
2. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə daxil olmuş vəsaitdən aidiyyəti üzrə yaranmış vergi öhdəlikləri (ƏDV, mənfəət vergisi) yerinə yetirildikdən sonra qalan vəsait müəssisənin vəsaiti hesab olunurmu?
3. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisənin istismar müddətini tam başa vurmuş nəqliyyat vəsitələrinin satışından daxil olan vəsait “Dövlət əmlakının satışından daxilolmalar” təsnifatı üzrə büdcəyə bütövlükdə daxil edilməlidirmi?
Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Buna əsasən, müəssisə tərəfindən istismar müddəti başa çatmış və tam amortizasiya olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunan gəlir ümumi qaydada mənfəət vergisinə cəlb edilir. Eyni zamanda, ƏDV ödəyicisi olan müəssisə tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməsi ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyatdır və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.
Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.
Təsisçisi dövlət müəssisəsi olan müəssisə tərəfindən nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsaitin müvafiq vergi öhdəlikləri yerinə yetirildikdən sonra təyinatı barədə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Mənbə: vergiler.az
Sosial-məişət müavinətindən icbari ödənişlər hansı formada tutulur?