Nağd pul hesablaşmaları necə rəsmiləşdirilir?

birbank biznes

Əmtəə nişanlarının təkrar istifadəsiAzərbaycan Respublikasının rezidenti olan hüquqi şəxs həm rezident fiziki şəxsə, həm də qeyri-rezident hüquqi şəxsə göstərdiyi dəmir yolu ilə beynəlxalq daşıma xidmətinin haqqını nağd şəkildə qəbul edib öz bank hesabına mədaxil edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən sorğuda qeyd olunan halda, hüquqi şəxs tərəfindən rezident fiziki şəxsə beynəlxalq daşıma xidmətlərinin göstərilməsi müqabilində nağd qaydada pul vəsaitinin qəbulu qanunla nəzərdə tutulmuş qaydada ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Qeyri-rezident hüquqi şəxsin nümayəndəsi kimi çıxış edən digər şəxs vasitəsilə xidmətin dəyərinin nağd qaydada ödənilməsi ilə bağlı işin faktiki hallarını özündə əks etdirən məlumatlar, tərəflər arasında bağlanılmış müqavilələr və digər təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

Mənbə: vergiler.az


Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir?