Müəlliflik qonorarının və royaltinin məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunması

bədbəxt hadisələrdən sığorta,Müəlliflik haqqı və ya qonorar ilə royalti arasındakı fərq və oxşarlıqlar vergi ödəyicilərində bəzi sualların yaranmasına səbəb olur. Həmin suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib. “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı, bəzi gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növlərinə hesablanır. İstisnalardan biri də muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlərdir (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla).

Qanunun 14.5.4-cü maddəsində isə göstərilir ki, müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Bəs müəlliflik qonorarı royalti sayılırmı?

Müəlliflik qonorarı ilə bağlı məsələlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla tənzimlənir. Ədəbiyyat, audio, kino və s. əsərlərinin müəllifləri yaratdıqları əsərlərdən digər şəxslərin istifadə etməsi üçün qonorar alırlar. Yaxud digər şəxslər belə əsərlərin yaradılmasını sifariş edir və müəlliflər bunu yaradırlar. Amma mülkiyyət (müəlliflik hüququ) onu yaradanda qalır. Odur ki, nəticə etibarilə qonorar royalti anlayışına uyğun gəlir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 4-cü maddəsində müəlliflik hüququna aid olan əsərlərin geniş siyahısı verilib. Hətta proqram təminatının yaradılması da müəlliflik hüququna aid edilib. Ona görə də royaltiyə aid xidmətlərin siyahısında göstərilən əsərlərin çoxuna görə alınan ödənişlər müəlliflik qonorarına aid edildiyindən vergi ödəyiciləri bu məsələdə diqqətli olmalıdırlar. Bəzi xidmətlər müəlliflik qonorarına aid olmasa da, royalti sayılır.

Banner

Nəticə olaraq royaltiyə görə ödəniş aparanda ilkin olaraq bunun müəllif qonorarı sayıldığı, yoxsa ümumi halda royalti olduğu müəyyənləşdirilməlidir.



Misal: “AA” MMC 2022-ci ilin mart ayında fiziki şəxsə sifariş verdiyi kitaba görə müqavilə əsasında 2.000 manat qonorar hesablayıb (müəlliflik hüququ fiziki şəxsdə qalıb). “AA” MMC tərəfindən bu vəsait 2022-ci ilin aprel ayında ödənilib.

Hesablanan məbləğdən nə qədəri müəllifə çatacaq?

“AA” MMC 2022-ci ilin mart ayında 15 faiz məcburi dövlət sosial sığorta haqqı hesablayacaq. Çünki qanunun tələblərinə görə, məcburi dövlət sosial sığorta haqqı qonorar ödəniləndə yox, hesablananda nəzərə alınır. Qonorardan 300 manat məcburi dövlət sosial sığorta haqqı tutulacaq: 2000 x 15% = 300 manat.

Rolayltilərə görə ödəmə mənbəyində tutulan 14 faiz vergi isə royalti ödəniləndə tutulur. Ona görə də apreldə royalti ödəniləndə ümumi məbləğdən 280 manat vergi tutulmalur: 2000 x 14% = 280 manat.

Beləliklə, apreldə fiziki şəxsə 1420 manat vəsait ödənilir: 2000 – 300 – 280 = 1420 manat.

Sadəcə, vahid bəyannamədə royaltiyə görə hesablamalar 2022-ci ilin birinci rübündə, aödəmə mənbəyində tutulan vergi bəyannaməsində isə 2022-ci ilin ikinci rübündə əks olunacaq.

Mənbə: vergiler.az


İstifadə edilməmiş məzuniyyət günləri barədə