Monako knyazlığı – Vergi sistemi
Bu yazıda Monako knyazlığının vergi sistemindən söz açacağıq.
Bu kiçik kyazlığın vergi sistemi öz spesifikliyi ilə bir çox ölkələrin vergi sistemindən fərqlənir.
Monakoda vergilərin ümumi prinsipi belədir – istənilən birbaşa vergi tutma, ümumiyyətlə yoxdur. Burada yalnız iki istisna mövcuddur:
- Dövriyyəsinin 25%-dən çoxu knyazlıq ərazisindən kənarda olan müəssisələr, həmçinin Monakodakı fəaliyyəti patent və ya ədəbiyyat, eləcə də incəsənətlə bağlı mülkiyyətdən daxil olan gəlirlərdən ibarət olan cəmiyyətlər öz gəlirlərindən 33,33% vergi ödəyirlər.
- Fransız millətindən olan və Monako ərazisində beş ildən az yaşayan əcnəbilər gəlir vergisini Fransada ödəyirlər.
Fiziki şəxslər
Fiziki şəxslər – Monako sakinləri (fransız millətindən olan və Monako ərazisində yaşayan əcnəbilər istisna olmaqla) knyazlıq ərazisində heç bir gəlir vergisi ödəmirlər. Nə gəlirə (nə də ƏDV), nə də kapitala görə. Fransız vətəndaşlar üçün iki qayda mövcuddur:
- Monakoda beş ildən artıq yaşadıqlarını təsdiq edə bilən Fransa vətəndaşları ümumi əsaslar üzrə gəlir vergisi ödəmirlər.
- Digər fransız vətəndaşları isə gəlir vergisini Fransada, bu ölkənin hökumət xəzinəsinə ödəyirlər.
Monakoda yerləşən mülkiyyət növləri aşağıdakı qaydada vergiyə cəlb olunurlar:
- birbaşa vergi tutma: 0%
- doğma qardaşlar/bacılar arasında: 8%
- qardaşoğlu/bacıoğlular üçün: 10%
- digər qohumluq kateqoriyasından olanlar üçün: 13%
- qohumluq əlaqəsi olmayanlar üçün: 16%
Müəssisələr.
Birbaşa vergitutma yoxdur. Yalnız yuxarıda göstərilən hallar üçün gəlir vergisi tutulur.
Gerb yığımı və qeydiyyata görə ödəniş
Bütün məhkəmə və vətəndaş aktları üçün, eləcə də işgüzar sənədlərin tərtibindən ötrü gerb yığımı nəzərdə tutulub. Onların əksəriyyəti fiksasiya olunmuş ödənişlərdir. Lakin bu ödəmələrin məbləği sənədlərin həcmindən və ya aktların məzmunundan asılı olur. Qeydiyyat üçün yığımlar isə qeydə alınma və ya onlarda dəyişikliklər edilən zaman tutulur.
Ərazisi cəmi 2 kv kilometrdən ibarət olan bu kiçik knyazlıqda həyat səviyyəsi çox yüksəkdir. Knyazlıqda 37 min nəfərin yaşayış hüququ var. Onlardan cəmi 5 min nəfəri Monako pasportuna malikdirlər. Qeyd etmək lazımdır ki, bu ölkənin vətəndaşı olan şəxslər, yəni həmin 5 min nəfər bütün vergilərdən azaddırlar.
Ölkədə orta aylıq əmək haqqı 5 min avro təşkil edir. Yüksək ixtisaslı mütəxəssislər knyazlıqda ayda 7 min avro maaş alırlar.