Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi

birbank biznes

Son günlər ehtiyac meyarının ləğvi barədə mediada səslənən ifadələrə baxmayaraq Milli Məclisin iclasına çıxarılması nəzərdə tutulan qanun layihələrinin təsdiqi halında illər üzrə Azərbaycan Respublikası qanunvericiliyində minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin  artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

Minimum əməkhaqqı məbləğinin 2004-cü ildən indiyə kimi olan artım tempini təqdim edirik

(1992-ci il dekabrın 1-də ölkə üzrə minimum əməkhaqqı məbləği 150 manat (1500 rubl) müəyyən edilmişdi.)

  • 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)
  • 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)
  • 2007-ci il fevralın 1-dən 50 manat
  • 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat
  • 2010-cu il sentyabrın 1-dən 85 manat
  • 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat
  • 2013-cü il sentyabrın 1-dən 105 manat
  • 2017-ci il yanvarın 1-dən 116 manat
  • 2018-ci il yanvarın 1-dən 130 manat
  • 2019-cu il martın 1-dən 180 manat
  • 2019-cu il sentyabrın 1-dən 250 manat
  • 2022-ci il yanvarın 1-dən 300 manat
  • 2023-cü il yanvarın 1-dən 345 manat məbləğində müəyyən edildi.

Ehtiyac meyarı məbləğinin 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik (ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur.)

  • 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat
  • 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat
  • 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat
  • 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat
  • 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat
  • 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat
  • 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat
  • 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat
  • 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat
  • 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat
  • 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat
  • 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat
  • 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat
  • 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat
  • 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat
  • 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat
  • 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat
  • 2024-cü il üçün ehtiyac meyarının həddinin 270 manat olması nəzərdə tutulur.

Yaşayış minimumu məbləğinin 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik

(Yaşayış minimumu aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir. Həmçinin aliment öhdəlikləri üzrə sabit məbləğdə ödəniş müəyyən edilərkən uşaqlar üçün yaşayış minimumu məhkəmələr tərəfindən əsas götürülür.)

  • 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat məbləğində müəyyən edilsin.
  • 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat
  • 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat
  • 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat
  • 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat
  • 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat
  • 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat
  • 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat
  • 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat
  • 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat
  • 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat
  • 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat
  • 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat
  • 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat
  • 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat
  • 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat
  • 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat
  • 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində olması nəzərdə tutulur.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Milli Məclis tərəfindən yayımlanan Vergi Məcəlləsinə düzəlişlər nəyi ifadə edir?