Məzuniyyətdə olan işçi bunları bilməlidir

birbank biznes

Bu yazımızda məzuniyyətdə olan işçinin təminatlarını deyil, hüquqlarını vurğulamaq istəyirik. Hər bir halda işçi məzuniyyətə getdikdə hansı təminatları olmasını öyrənsə də, hansı hüquqlarının olması barədə tam məlumatlı olmaya bilir. Bu səbəbdən də mövzu çərçivəsində hüquqları vurğulayacağıq.

Həmin hüquqlara aiddir:

  • Məzuniyyətdə olduğu dövrdə onun əvəzinə müvəqqəti işə götürülən işçi ilə məzuniyyət dövründən artıq olmayan müddət üçün müddətli əmək müqaviləsi bağlana bilər.
  • Əmək müqaviləsi müddətli olduqda, həmin müddətin sonu məzuniyyət dövrünə düşürsə, bu halda yalnız məzuniyyət başa çatandan sonra 1 həftə ərzində müqaviləyə xitam verilə bilər. Məzuniyyət dövründə müqaviləyə xitam verilə bilməz.
  • Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Bu həm praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, həm də dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılmasına aiddir.
  • Məzuniyyət dövründə işçinin iş yeri saxlanılmalıdır.
  • Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün qadınların hamiləliyə və doğuşa görə məzuniyyətdən istifadə etmək hüququ var.
  • Məzuniyyət dövründə intizam tənbehi verilə bilməz.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov