Məsafədən işləyən işçiyə ödənilən əmək haqqı

Qeyri-iş günlərində əmək haqqı, vergi orqanlarında xidmət, müavinət, Məzuniyyət hüququ, Zərərin növbəti illərə keçirilməsi,Özəl sektorda fəaliyyət göstərən işəgötürən karantin dövründə məsafədən işləyən işçisinin əmək haqqını azalda bilərmi?

İqtisadçı ekspert Anar Bayramov bu suala cavab olaraq bildirib ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarına əsasən karantin dövründə dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılır, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilir.

Misal 1. Tutaq ki, Maliyyə sektorunda fəaliyyət göstərən işəgötürən işçinin məsafədən işləməsini təmin etsə də, ona bildirir ki, evdən işlədiyi üçün əmək haqqını tam yox, 80 faiz həcmində ödəyəcək.

Bu halda əmək haqqının qeyd olunan səbəbdən azaldılması qaydalara uyğun deyil və işçilərin əmək şəraitinin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir.

Misal 2. Tutaq ki, sığorta sektorunda fəaliyyət göstərən işəgötürən evdən işləyən işçilərin əmək haqqının 20 faiz azaldılmasına və əmək şəraitinin dəyişməsi ilə əlaqədar işçilərə xəbərdarlıq olunmasına qərar verib.

Banner

Əmək Məcəlləsinin 56-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək şəraitinin şərtləri dəyişdirilməmişdən azı bir ay əvvəl işçi yazılı məlumatla və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilməlidir.

Göründüyü kimi, işçi evdən işləyən zaman əmək haqqının azaldılmasına razılıq verməklə işinə davam edə və ya əmək şəraitinin dəyişməsi nəticəsində əmək müqaviləsinə xitam verilməsi səbəbindən işdənçıxma müavinəti əldə edə bilər.

Eyni hal pandemiya ilə əlaqədar işçilərin əmək haqqının azadılmasına da tətbiq oluna bilər.

İşəgötürən işçilərini pandemiyanın təsirindən qorumaq üçün növbəli iş rejiminə və ya natamam iş vaxtına keçməyə qərar verdiyi halda işçiləri öncədən məlumatlandırmaqla onların razılığını almalıdır.

Mənbə: vergiler.az


Bax: VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun