Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Alış aktının elektron qaydada tərtib edilməsi üçün proqram təminatından istifadə qaydaları barədə məlumat əldə edilməsi üçün aidiyyəti üzrə qeydiyyat vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.
Mənbə: vergiler.az
Bax:
Yeni nəsil NKA-lara görə vergi güzəştindən hansı hallarda yararlanmaq mümkündür?
QHT işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdır?
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
Aliment vergilər tutulduqdan əvvəl yoxsa sonra alınır?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərilən ərizə ləğv edilə bilərmi?
Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?
Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.