Sual: Mənfəət Vergisi üzrə kameral gəlib və bank kredit faizləri üzrə təsdiqedici sənədləri 5 iş günü ərzində təqdim etmək tələb olunur. Bank isə bank çıxarışından başqa sənəd verə bilmədiyini bildirir. Bu halda biz nə etməliyik?
Cavab: Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır. Kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir. İzahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.
Həmçinin, vergi ödəyicisi tərəfindən alınmış kreditlərin faizlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması kameral vergi yoxlaması zamanı risk meyarlarından biri hesab olunur. Qeyd etdiyiniz halda, vergi ödəyicisi ətraflı izahat məktubu, o cümlədən təsdiqedici sənədləri (kredit müqaviləsi, bank çıxarışı və s.) vergi orqanına təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”
Mənbə: taxes.gov.az
Bax:
-
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
-
Xarici valyutada nizamnamə kapitalı
-
Təsisçinin borcu nağd şəkildə qaytarıla bilər?
-
Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?
-
POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?
-
ƏDV ödənişində maraq doğuran suallar
-
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
-
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
-
Sosial xarakterli xərclər hansılardır?
-
Kommunal xərclərə görə icarəyə verənə təqdim edilən e-qaiməni icarəçi xərc kimi nəzərə ala bilər?