Hansı sənətkarlıq məmulatlarını hazırlayan şəxslər gəlir vergisindən azaddır?

birbank biznes

əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, Məlumatların üzləşdirilməsi, idxalla bağlı məlumat forması, Hüquqi şəxs ödəniş, səhmlərin ticarətə buraxılması,Vergi Məcəlləsinin 102.1.12-ci maddəsində milli dəyərlərin təşviqinə görə bir sıra məmulatların hazırlanması ilə bağlı vergi güzəşti nəzərdə tutulub. Bu güzəşt YUNESKO tərəfindən qeyri-maddi mədəni irs üzrə reqrezentativlər siyahısına daxil edilmiş kəlağayının istehsalına da aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göxstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.

Sorğuda göstərilən halda kəlağayı istehsalı fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlərinin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

Mənbə: vergiler.az