İxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub?

birbank biznes

ƏDV-dən azad edilən kitab və kağızlar, E-qaimə ilə bağlı Qərar, vergi güzəştləri, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, Ezamiyyə xərclərinin normaları, Vahid büdcə təsnifatı,İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair hansı tələblər vardır?

Suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslərə aşağıdakı tələblər irəli sürülüb:

  • İxrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;
  • İxrac qeydi ilə satılmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.
  • İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər
  • Ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;
  • İxrac qeydi ilə alınmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

Bu tələblər “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsaslanır.

Mənbə: vergiler.az


Fiziki şəxsin fəaliyyət qabiliyyəti