Əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manatdan çox olduqda vergi hansı dərəcə ilə tutulur?

birbank biznes

əmək və məzuniyyət haqqıAylıq əməkhaqqı 1.230 manat olan işçiyə növbəti məzuniyyət hesablanan zaman, ay ərzində əmək və məzuniyyət haqqı 2.500 manatdan çox olur. Məsələn, işçi noyabr ayının 1-dən əmək məzuniyyətinə buraxılırsa, məzuniyyət haqqı qanunla oktyabr ayının 25-i və ya sonrakı günlərdə hesablanıb noyabr ayının 1-dək ödənilir və oktyabr ayı üçün hesablanan əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manat həddini keçir. Bu halda gəlir vergisi hansı dərəcə ilə hesablanmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əməkhaqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Dövlət və neft-qaz sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2.500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

Mənbə: vergiler.az