İşçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?

Ötən ildən bütün ölkə ərazisində icbari tibbi sığorta sistemi işə düşüb. 2021-ci ildə icbari tibbi sığorta üzrə proqnoz 103,5 faiz yerinə yetirilib, daxilolmalar 595 milyon manatdan çox olub. Bəs işçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.


İnvestisiya qoymaq üçün faydalı qiymətli kağızlar

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd olunanlara əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdən, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

Banner

Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu və 16-4-cü maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi