Hüquqi şəxsin nizamnamə kapitalındakı payı

vergi ödəyicilərinin mənfəəti, Xidmətlərin göstərilməsi, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi tutulan əməliyyatın vaxtı, dividendlər, vergi güzəştləri, maliyyə dəstəyi, vergi borcu, Vergi Məcəlləsi, vergi mükəlləfiyyəti, ƏDV məqsədləri, riskli vergi ödəyicisi, Əmtəəsiz əməliyyat, Debitor borclar, Fiziki şəxs, Vergi Məcəlləsi, maliyyə sanksiyası, gəlir vergisi, təsis payı, kassa, vergi, Kənd təsərrüfatı,Hüquqi şəxsin nizamnamə kapitalındakı payı və ya səhmləri ilə bağlı vergi münasibətlərində diqqət yetirilməli olan həssas məqamlar var. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Ulduz İbrahimova şərh edir.

Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

104.6-cı maddədə isə göstərilib ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Kapital – aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəridir. (Vergi Məcəlləsi, maddə 13.2.74.)

Kapital=nizamnamə kapitalı+bölüşdürülməmiş mənfəət

Banner

SND – səhmin nominal dəyəri

SMD – səhmin mütənasib dəyəri

FSD – faktiki satış dəyəri

FAD – faktiki alış dəyəri

G – gəlir

XA – xalis aktivlər

NK – nizamnamə kapitalı

Nsəhm – səhmlərin sayı

NK/Nsəhm = SND

XA/Nsəhm = SMD

1) FSD>SMD olduqda

G = FSD-SND

2) FSD< SMD olduqda

G = SMD-SND

3) FAD>SND olduqda

FSD-FAD = G

Yəni iştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, onlar təqdim edildikdə onların faktiki satınalınma dəyəri gəlirdən çıxılan xərc kimi nəzərə alınır.

Misal 1: Tutaq ki, müəssisənin nizamnamə kapitalı 5 ədəd səhmdən ibarət olmaqla 2.500 manatdır (səhmlərin hər birinin nominal dəyəri 500 manatdır). Bu müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 3.000 manat, nəticədə xalis aktivlərinin dəyəri 5.500 manat olmuşdur. 2019-cu ildə müəssisə səhmlərdən üç ədədini hər biri 1.500 manatdan təqdim etmişdir. Həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

NK=2.500

Nsəhm= 5

SND= NK/ Nsəhm=2.500/5=500

BM = 3.000

XA=3.000+2.500=5.500

SMD= 5.500/5=1.100

Göründüyü kimi, səhmlər hər biri 1.500 manata, yəni xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 400 (1.500-1.100) manat yuxarı satılıb.

FSD=1.500

1 500*3ədəd -500*3ədəd=3.000 manat mənfəət

3.000*20%=600 manat mənfəət vegisi

Misal 2: Müəssisənin nizamnamə kapitalı 5 ədəd səhmdən ibarət olmaqla 2.000 manatdır (səhmlərin hər birinin nominal dəyəri 400 manatdır). Bu müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 2.000 manat olmuşdur ki, nəticədə xalis aktivlərinin dəyəri 4.000 manat təşkil etmişdir. 2019-ci ildə müəssisə səhmlərdən 2 ədədini hər biri 600 manat olmaqla təqdim etmişdir. Həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edin.

NK=2.000

Nsəhm= 5

SND= NK/ Nsəhm=2000/5=400

BM = 2.000

XA=2.000+2.000=4.000

SMD= 4.000/5=800

Göründüyü kimi, səhmlər hər biri 600 manata, yəni xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 200 (800-600) manat aşağı satılıb.

FSD=600

800*2ədəd -400*2ədəd=800 manat mənfəət

800*20%=160 manat mənfəət vegisi

Qeyd: Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19 maddələrinə əsasən, vergi ödəyicisinin azı üç il mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət və gəlir vergisindən azaddır.

Misalımızdakı 3 ildən az müddət yerinə 3 il və ya daha çox qeyd edilsə, alınan vergi məbləğini 50% azaltmaq lazım olacaq.

Mənbə: vergiler.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun