Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?

Vergi Məcəlləsinin 98.3-cü maddəsi ilə faktiki ezamiyyə xərcləri və 102.1.14.2-ci maddəsi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Lakin məcburi dövlət sosial sığortası üzrə sığorta haqqı hesablanmayan gəlir yalnız faktiki ezamiyyə xərcləri üçün nəzərdə tutulub (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi istisna olmaqla). Bu halda işçinin norma çərçivəsində ezamiyyə xərcindən məcburi dövlət sosial sığortası tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, faktiki ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aiddir.


İşsizlikdən sığorta: nələri bilmək vacibdir?

Qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda işçiyə faktiki ezamiyyə xərclərinin əvəzi müvafiq təsdiqedici sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Əsas: “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

Banner

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması