Vətəndaş övladının adına qeyri-yaşayış sahəsi alıb və həmin obyektdə özü VÖEN əsasında fəaliyyət göstərir. Övlad əmlakdan əvəzsiz istifadə və əmlakın idarə edilməsi üçün ataya etibarnamə verib. Bu halda hansı vergi öhdəliyi yaranır?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin tələbinə əsasən, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidirlər.
Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.
Vergi ödəyicilərinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərinin mülkiyyətçisi qismində onların ailə üzvləri olduqda, bu zaman daşınmaz əmlakla bağlı tərəflər arasında yaranan münasibətlərin əvəzsiz istifadəyə dair müqavilə ilə rəsmiləşdirilməsi mümkündür. Bununla bağlı vergi orqanına tərəflərin ailə üzvü olması haqqında sənəd təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 6 mart 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”,
Mənbə: vergiler.az
Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?