Fiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması

birbank biznes

Fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Yuxarıda göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitləri onun balansında uçota alınır və həmin əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən onun vergi orqanında uçotda olmadığı dövrdə aldığı malların balansda uçota alınması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi

Mənbə: vergiler.az

Vergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi