Əmlakı olanın vergi öhdəlikləri

birbank biznes

qiymətli kağızlar,Mülki qanunvericiliyin mövqeyinə görə əmlak əşya və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Fiziki obyektlər, o cümlədən pullar və qiymətli kağızlar da əşya hesab edilir. Bitki və heyvanlar isə əşya hesab edilmir. Onu da qeyd edək ki, əşyalar özlüyündə daşınar və daşınmaz olmaqla 2 növə ayrılır.

Binalar, qurğular, torpaq, meşə, su obyektləri, həmçinin torpaqla bağlı olan digər əşyalar daşınmaz əşya sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar isə qeyri-maddi əmlak nemətləridir.

Vergi qanunvericiliyi əmlak sahibləri və ya mülkiyyətçiləri üçün bir qayda olaraq vergi mükəlləfiyyətləri müəyyən etmişdir.

Buna müvafiq olaraq əmlakla bağlı vergi öhdəliklərini təqdim edirik.

Əmlakın satışı və ya icarəyə verilməsindən gəlirlər – misal: ev satışı, qeyri-yaşayış sahəsinin icarəsi və s.

Əmlakın istifadəsindən əldə olunan gəlirlər – misal: əmlakın lizinqə verilməsi;

Xüsusi növ əmlakın istifadəsindən vergilər – aksizli malların istehsalı və ya idxalı;

Mülkiyyətdə olması əsasına görə tutulan vergilər – şəxsin mülkiyyətində olan əmlaka görə ödənilən əmlak vergisi;

Ölkə ərazisindəki torpağın mülkiyyətə keçməsi yaxud qanuni əsaslarla istifadəsinə görə ödənilən vergilər – torpaq vergisi;

Ölkə ərazisindən daşımalar məqsədilə istifadə – qeyri-rezidentlərin nəqliyyat daşımaları ilə bağlı yol vergisi;

Ölkə ərazisində faydalı qazıntıların çıxarılmasından vergilər – mədən vergisi;

Torpağın yaxud mülkiyyətindəki əmlakın təqdim edilməsindən tutulan vergi – sadələşdirilmiş vergi.

Göründüyü kimi hazırki vergi qanunvericiliyi mülkiyyətində, istifadəsində olan əmlakla yanaşı həmin əmlakın istifadəsindən əldə edilən gəlirdən də vergilərin tutulması üzrə təkmilləşmişdir. Buna müvafiq olaraq əmlakla bağlı vergi tənzimləmələrini düzgün aparmaq və vergi öhdəliklərinə diqqət yetirmək üçün peşəkarlara müraciət məqsədəuyğundur.


Əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta