Fərdi sahibkarın əmlak vergisi üzrə cari ödəmələri

maliyyə sanksiyası, icbari tibbi sığorta haqqı,Fərdi sahibkar vergi orqanında uçota alınmaqla şüşə istehsalı ilə məşğul olur. Onun sahibkarlıq fəaliyyətində istifadə etdiyi əsas vəsaitlərə görə əmlak vergisi üzrə cari ödəmələri nə qədərdir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarlar cari vergi ödəmələrini rüb bitdikdən sonra 15 gündən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində ödəyir. Buna əsasən, vergi ödəyiciləri tərəfindən əmlak vergisi üzrə cari vergi ödəmələri əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində müəyyən olunur.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan fərdi sahibkarlar isə əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.

Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əsas: Vergi Məcəlləsi 201.3-cü maddəsi.

Banner

Mənbə: vergiler.az


Yanacaq xərclərinin gəlirdən çıxılması