Müəssisənin elmi tədqiqat işlərinə çəkdiyi xərclərin gəlirdən çıxılmasına yol verilirmi?

birbank biznes

gəlir götürmək,Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır. Əgər müəssisənin gəlir götürmək məqsədi ilə apardığı elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticəsi uğursuz olarsa, və ya müəssisə gəlir götürmək məqsədi ilə apardığı elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə müəyyən və ya qeyri-müəyyən müddətə fasilə verərsə, çəkilən xərclər gəlirdən çıxılırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən. gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Qeyd olunanlara əsasən, müraciətdə göstərilən halda, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə xərclərin çəkilməsi nəticəsində işlərin uğursuz olması və ya işlərə müəyyən müddət fasilə verilməsi səbəbi ilə gəlir əldə olunmasa da, çəkilmiş həmin xərclər gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 3-cü və 113-cü maddələri.

Mənbə: vergiler.az


Satışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi?