Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

birbank biznes

Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

ƏDV əvəzləşdirmələri, EDV,


Sual: 158.2. maddədə 158.1. maddə istisna edilir. 16.3. maddəni nəzərə alaraq, yəni vergi ödəyicisi məsələn 2 il müddətinə fəaliyyətini müvəqqəti dayandırarsa 158.2. maddəni tətbiq edə bilər? 158.2. maddədə 16.3. maddə istisna edilmir.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin Əlavə Dəyər Vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda ƏDV qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırmayaraq vergiyə cəlb olunan əməliyyatlar apardığı, lakin həmin əməliyyatların ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair vergi orqanına ərizə verə bilər.
Mənbə: taxes.gov.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun