ƏDV depozit hesabı üzrə məlumat mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində göstərilməlidirmi?

birbank biznes

ƏDV depozit hesabı, ƏDV əvəzləşdirmələri, EDV,Sual: Bilmək istərdim ki, Mənfəət Bəyannaməsinin 1 saylı Əlavəsində debitor borclar və kreditor borclar sətirlərindəki məlumatlar ƏDV daxil olan məbləğlərlə göstərilməlidir, yoxsa ƏDV-siz məbləğlər olmalıdır?

ƏDV sub-uçot hesabına məbləğlərin mədaxili və məxarici eləcə də sub-uçot hesabının qalığı 1 saylı Əlavədə hansı sətirdə göstərilməlidir?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən Əlavə Dəyər Vergisi ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV-siz dəyərlə qeyd edilir. Eyni zamanda, Əlavə Dəyər Vergisi depozit hesabı üzrə mədaxil və məxaricin, eləcə də Əlavə Dəyər Vergisi depozit hesabının qalığının “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-də əks etdirilməsi nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az


Bax: Xidmətlərin göstərilməsi zamanı malların təqdim edilməsi


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun