Sual: 2019-cu ilin 1 yanvar tarixindən etibarən Vergi Məcəlləsinin 102.1.22-1-ci və 106.10-cu maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən, hüquqi şəxslərin dividend gəlirləri isə mənfəət vergisindən azaddır.
2019-cu ilin əvvəlinə yuxarıda göstərilən meyarlara uyğun gələn müəssisənin balansında əvvəlki illərin bölüşdürülməmiş mənfəət qalığı vardır. Həmin bölüşdürülməmiş mənfəətdən 2019-cu ildə dividend ödənilməsi qərara alınmışdır. Bu halda təsisçilərin dividend gəlirləri 102.1.22-1-ci və 106.10-cu maddəyə uyğun olaraq vergidən azad olunurmu?
Cavab: Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır.