Qlobal birjalarda, yaxud Azərbaycanda fəaliyyət göstərən bankların həyata keçirdiyi qiymətli kağızlar hərracında alğı-satqı zamanı qazandığım pulun vergisini verməliyəm?
Dövlət Vergi Xidmətindən bildirilib ki, birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqıdan başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu və 101-ci maddələri.
Mənbə: vergiler.az